Siyasət

Jirinovskidən 2030-cu il PROQNOZU: “İran dövləti dağılacaq. Onun yerində  Azərbaycan..

Jirinovskidən 2030-cu il PROQNOZU: “İran dövləti dağılacaq. Onun yerində Azərbaycan…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski 2030 -cu ilə qədər Yaxın Şərqin siyasi xəritəsinə dair fikirlərini irəli sürüb:

Metbuat.az rus metbiatına istinadən xəbər verir ki, Jirinovski deyib ki, Pakistan Əfqanıstanla birləşəcək və vahid Puştinistan dövləti yaradılacaq.

“İran dövləti dağılacaq. Onun yerində İran Azərbaycanı, Persiya, Türkmənistan və Bəlucistan dövlətləri yaranacaq. Ölkənin bölünməsi nəticəsində şimala – Qafqaza və Türkmənistana qaçacaq çox sayda qaçqın meydana çıxacaq. Xüsusilə, İran Türkmənləri Orta Asiyada türkmənlərlə yenidən birləşməyə çalışacaqlar və bunun əsasında münaqişələr mümkündür. İraqda sünnilər yenidən hakimiyyətə qayıdacaq və ölkənin şimalında, paytaxt Bağdadda hakimiyyəti bərpa edəcək. İraqın cənub hissəsində paytaxt Bəsrədə yeni bir şiə ərəb dövlətinin əsası qoyulacaq”.

Jirinovski qeyd edib ki, Əfqanıstan və İrandan çox sayda qaçqın, Cənubi QazaxıstanQırğızıstanTacikistanÖzbəkistan və Türkmənistan da daxil olmaqla bütün Orta Asiyada uzun sürən vətəndaş müharibəsinə səbəb olacaq. Daha çox qaçqınlar şimala doğru qaçacaqlar. Amma Rusiya heç kimə öz ərazisinə girməyə icazə verməyəcək.