Dünya

Kanada bu rusiyalı sənətçilərə sanksiya tətbiq etdi – SİYAHI

Kanada bu rusiyalı sənətçilərə sanksiya tətbiq etdi – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada dövləti Nikolay Baskov, Oleq Qazmanov, Aleksandr Marşal, Polina Qaqarina və Nadejda Babkinanın daxil olduğu rusiyalı sənətçi və müğənnilərə qarşı sanksiyalar tətbiq edib.

7Times.az  xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bundan başqa, müğənnilər Mixail Boyarski, Dima Bilan, Nikolay Rastorquev, Aleksandr Buynov, İrina Alleqrova, Larisa Dolina, Viktoriya Dayneko, musiqiçi İqor Butman, aktyorlar Dmitri Dyujev, Marat Başarov, Maksim Averin, Mixail Qalustyan, həmçinin aktrisa Dana Borisova da sanksiyaya mərz qalan sənət adamlarının siyahısında salınıblar.
Ümumilikdə 38 nəfər və 16 şirkət sanksiyalara məruz qalıb, onlar Ukraynadakı müharibəni dəstəkləməkdə ittiham olunurlar.
Ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyi Ottavanın Rusiya vətəndaşlarına qarşı sanksiyalarına cavab olaraq 200 Kanada vətəndaşını “qara siyahı”ya salmışdı. Qadağa yüksək rütbəli məmurlara, təqaüddə olan və hazırkı parlamentarilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, ekspert dairələrinin nümayəndələrinə, bir sıra struktur və təşkilatların fəallarına şamil edilib.

Modern.az