Ölkə

Kapital bankın növbəti QANUNSUZLUĞU – İDDİA

Kapital bankın növbəti QANUNSUZLUĞU – İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkə gündəmində Kapital Bankdan ardı-arası kəsilməyən şikayətlər səngimək bilmir.Buna nümunə olaraq, bir sıra iş adamlarının və jurnalistlərin haqlı iradlarını görürük. Bankın səriştəsizliyindən şikayət edənlərdən biri də facebook sosial şəbəkəsində Azərbaycan Ümid Partiyasının Partiya Sədrinin Təbliğat və Təşviqat Məsələləri üzrə müavini Tamilla Qulamidir. O öz hesabında Kapital Bankdan şikayətini paylaşıb.

7Times.az Busaat.az-a istinadən xəbər verir ki, Tamilla Qulami iddia edir ki, Kapital Bank insanların puluna haram yolla əl qoyur.Onun şikayətini sizə olduğu kimi təqdim edirik:
“Kapital Bank müştəriliyini dayandırdım. Bir bank ki, öz bankomatından pul çəkəndə də faiz çıxır, dəfələrlə 18 faiz ƏDV-ni bəhanə edib də, məsəlçün müəyyən məbləğ üçün 30 qəpik 18 faiz ƏDV çıxılmalıdırsa, onun əvəzinə 59, 70, 80 və s. qəpik çıxırsa, o bank da oğurluqla məşğuldur. İnsanların cibinə haramçılıqla girmək bu ölkədə vərdiş halını alıb malesef. Başım qarışıqdır sadəcə, sizi məhkəməyə verib, bu ölkə məhkəməsində uduzub, Avropa Məhkəməsinə üz tutarıq, eybi yox… Aşağısı, tanıdığım 5 vətəndaş sizin bu qanunsuzluğunuzdan şikayətdədir.
P.S. Bir bank niyə öz bankomatından pul çıxaranda da faiz çıxsın ki?”

Məsələ diqqətimizdədir və qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.