Azərbaycan karateçisi Firdovsi Fərzəliyev bu gün Tokio-2020-də mübarizəsini başa vurub.
7Times.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda ilk döyüşündə Türkiyə təmsilçisi Eray Şamdanla (Türkiyə) üz-üzə gəlib. Fərzəliyev 1:7 hesabı ilə məğlub olub.
İdmançımız ikinci döyüşündə isə Naoto Saqoya (Yaponiya) ilə qarşılaşıb. Fərzəliyev rəqibini 1:0 hesabı ilə üstələyib.
Karateçimiz qrupdakı 3-cü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirib. O, 2:6 hesabı ilə uduzub. Beləliklə, idmançımız Tokio-2020-də medal qazanmaq şansını itirib.
Fərzəliyev qrupda 4-cü və son görüşündə Əli El – Savi ilə (Misir) üz-üzə gəlib. Bu döyüş formal xarakter daşıyıb. Karateçimiz El – Savi ilə qarşılaşmada da məğlub olub – 0:1. Beləliklə, Fərzəliyev A qrupundakı mübarizəsini 1 qələbə, 3 məğlubiyyətlə başa vurub və 2 xalla qrupdan çıxa bilməyib.
Follow @7timesaz