Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
7Times.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən dünya və Avropa çempionu idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. İdmançımız daha sonra Sofya Berultsevaya (Qazaxıstan) ilə üz-üzə gəlib və 4:5 hesab ilə uduzub.
İrina qrupda son döyüşünü türkiyəli Meltem Akyola qarşı keçirib. 4:0 hesabı ilə qalib gələn karateçimiz qrup lideri kimi yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.Yarımfinalda onun rəqibi Çin karateçisi Gong Li olub. 7:2 hesabı ilə qalib gələn idmançımız ən az gümüş medalı təmin edib.
Finalda onun rəqibi Misir karateçisi Feryal Abdelazez olub. 0:2 hesabı ilə uduzan İrina gümüş medalla kifayətlənib.
Follow @7timesaz