İdman

Karlo Ançelotti: “Bu, Türkiyəyə hörmətsizlikdir”

Karlo Ançelotti: “Bu, Türkiyəyə hörmətsizlikdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

La Liqanın 22-ci turunda “Osasuna” -“Real” (0:2)  oyunundan əvvəl Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri sükut anında “Kral klubu”nun braziliyalı futbolçusu Vinisius Juniora qarşı irqçi şüar və təhqirəramiz ifadələr səsləndiriblər. Fanatların bu hərəkəti İspaniyada gündəm olub.

Matçdan sonra “Real”ın baş məşqçisi Karlo Ançelotti  bu məsələ ilə bağlı suala belə cavab verib:

“Bir dəqiqəlik sükut zamanı baş verənlər Vinisiusa olduğu kimi Türkiyə və Suriyaya da hörmətsizlikdir!”.

Təcrübəli mütəxəssis braziliyalı vingerin oyunu barəsində də danışıb:

“Vinisius matçda həmişə olduğu kimi heyrətamiz idi. Onun fiziki keyfiyyətləri əla idi və o, görüşün ən yaxşısı idi. O, həm ilk qolun qolun ötürməsini verdi və bir neçə dəfə də epizoda daxil oldu” – deyə, italiyalı məşqçi bildirib.