İdman

“Kavani ilə yarım saata yaxın danışdıq, komandada qalacağını dedi”

“Kavani ilə yarım saata yaxın danışdıq, komandada qalacağını dedi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik komandadan ayrılacağı iddia olunan hücumçu Edinson Kavani haqda danışıb.

7Times.az Qol.az-a istinadən xəbər verir ki, alman mütəxəssis Britaniya mətbuatına açıqlamasında uruqvaylı futbolçunun komandada qalacağını bildirib:

“Kavani ilə hardasa yarım saata yaxın danışmışıq. Özü mənə komandada qalacağını söylədi. Ümid edirəm ki, bütün gücünü ortaya qoyub, gənclərə örnək olar”.

Qeyd edək ki, Kavani bu mövsüm “Mançester Yunayted”lə 11 oyunda 2 qol vurub. Onun “Barselona”ya keçəcəyi haqda xəbərlər yayılıb.