Dünya

Keçmiş ədliyyə naziri ölüm cəzasına məhkum edildi

Keçmiş ədliyyə naziri ölüm cəzasına məhkum edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə Çin Xalq Respublikasının keçmiş ədliyyə naziri Fu Çjenxuanı edam cəzasına məhkum edib.

Modern.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Korrupsiya cinayətləri ilə bağlı hökmü cümə axşamı Jilin əyalətinin Çançun şəhərinin Xalq Məhkəməsi elan edib.
“Fu Çjenxua rüşvətxorluğa görə iki illik möhlətlə edama məhkum edilir”, – məlumatda deyilir.
Məhkəmə müəyyən edib ki, Fu Çjenxua öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün rüşvət alıb. İstintaq müəyyən edib ki, eks-nazir 117 milyon yuandan çox (təxminən 16,5 milyon dollar) rüşvət alıb.
Təqsirləndirilən şəxs özünü təqsirli bilib, peşman olduğunu deyərək, qanunsuz yolla əldə etdiyi vəsaiti qaytarıb. Məhkəmə iki illik möhlətdən sonra ölüm hökmünün şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbslə əvəz oluna biləcəyinə qərar verib.
Fu Çjenxua 2013-2018-ci illərdə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəis müavini, 2018-2020-ci illərdə isə ədliyyə naziri vəzifəsində çalışıb.
2021-ci ilin oktyabrında o, korrupsiya cinayətlərində şübhəli bilinərək istintaqa cəlb olunub.