Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 22 yaşlı Ocaqverdiyev Xaqani Nizami oğlu intihar edib.
7times.az xəbər verir ki, tələbə olduğu deyilən X.Ocaqverdiyev keçmiş futbolçu, hazırda “Turan Tovuz” komandasında məşqçi kimi çalışan Nizami Ocaqverdiyevin oğludur.
“Turan-Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev Cebhe.info-ya açıqlamasında bildirib ki, intihar zamanı evdə X.Ocaqverdiyevin yalnız qardaşı olub:
“İnanmıram ki, indi ailədən kimsə danışmaq istəsin. Çünki övladlarını itiriblər. Nizami bəy və həyat yoldaşı Bakıya yollanıb. Deyəsən, yoldaşının ayaqları tutulduğu üçün həkimə gediblər, dəqiq bilmirəm. Uşağın özü də ağıllı uşaq olub. Dəqiq deyə bilmirsən ki, hansı səbəbdən intihar edə bilər. Evdə 3 uşaqdırlar – 2 qardaş, 1 bacı. Onun intiharı zamanı evdə deyəsən, yalnız qardaşı olub. Qardaşı isə İkinci Qarabağ Müharibəsindən təzə qayıdıb”.
Follow @7timesaz