Manşet

Keçmiş müstəntiqi hədələyən şəxs SAXLANILDI

Keçmiş müstəntiqi hədələyən şəxs SAXLANILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş müstəntiq Rüfət Səfərovu ölümlə hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

7times.az xəbər verir ki, R.Səfərov sosial şəbəkədə paylaşım edərək bildirib ki, bu barədə ona Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib:

“Əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə hədələnməyim barədə müraciətim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır. Ehsan Zahidov təhlükəsizliyimə tam təminat verildiyini bildirdi. Ümid edirəm ki, qanunamüvafiq qaydada məsuliyyət tədbirləri görülər, bir daha bu kimi hüquqazidd davranışlarla qarşılaşmaram”.