Erməni əsilli amerikalı porno ulduz Kim Kardaşyan İran İslam Respublikasının fəxri vətəndaşı ola bilər.
7Times.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyasının aparıcısı Diana Grigoryan məlumat verib.
Canlı efirdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın İrana səfərindən danışan teleaparıcı İranda ermənilərə qarşı olan isti münasibətləri tərif edib.
Diana Grigoryan İranda bir çox tanınmış ermənilərin adlarının əbədiləşdirildiyini söyləyib.
Teleaparıcı daha sonra əlavə edib ki, erməni xalqının fəxri sayılan Kim Kardaşyan yaxın vaxtlarda İranın fəxri vətəndaşı ola bilər:
“Bütün dünyada olduğu kimi, İranda da Kim Kardaşyan çox sevilir. İnanıram ki, tezliklə ona İranın fəxri vətəndaşı adı veriləcək”.
Follow @7timesaz