İngiltərənin “Liverpul” futbol klubu İspaniyanın “Real Sosyedad”ından 25 yaşlı dayaq yarımmüdafiəçisi Martin Subimendini komandaya cəlb etmək üçün mübarizə aparır.
7Times.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb
“Liverpul” Avropa çempionatının qalibi Martin Subimendini kluba qoşulmağa inandırmaq üçün çox çalışır”, – nəşrin köşə yazarı Lyuis Stil qeyd edib və əlavə edib ki, İspaniya təmsilçisi yarımmüdafiəçisinin komanda da qalması üçün intensiv işlər görür.
Subimendinin “qırmızılar”ın baş məşqçisi Arne Slot və klubun yeni idman direktoru Riçard Hyuz üçün komandanın “6 nömrə” mövqeyini gücləndirmək üçün əsas hədəfinə çevrildiyini xatırladan Stil ispaniyalı futbolçunun baskların düşərgəsini tərk edib-etməyəcəyi ilə bağlı yekun qərar vermədiyini irəli sürüb:
“Subimendidə (müqaviləsində – red.) 60 milyon avroya satınalma bəndi var. İspaniya klubuna yaxın olan bəzi şəxslər bu yay oyunçunu itirdikləri ilə barışdıqlarını etiraf etsə də, onun uşaqlıq komandasından ayrılıb-ayrılmayacağı ilə bağlı hələ yekun qərar vermədiyi güman edilir”.
Məqalədə qeyd olunub ki, “ağ-mavilər”in çalışdırıcısı İmanol Alquasil yarımmüdafiəçini qalmağa inandırmaq üçün klubun səylərinə şəxsən rəhbərlik edir. Belə ki, məhz onun başçılığı altında Martin komandada debüt edib. Bu həftə artıq oyunçu ilə məşqçi arasında bir sıra görüşlər baş tutub.
İmanol və klub rəhbərliyi futbolçu üçün ən yaxşı variantın azı daha bir mövsüm komandada qalmasının olacağını bildirib. Mənbələrə görə, klubun arqumentləri San-Sebastiandakı həyatın daha yaxşı olması ətrafında qurulub: dostlar, təbiət və sadiq azarkeşlər. Eyni zamanda vurğulanır ki, “Liverpul” israrlı olmağa davam edir və İspaniya klubunun Subimendini razı salmaq cəhdləri onları narahat etmir.
Stil qeyd edir ki, digər klubların yarımmüdafiəçini almaq üçün öncəki cəhdlərinə baxmayaraq, o, indi əvvəlkindən daha çox ayrılmağa meyillidir.
Müəllifin fikrincə, İspaniya millisinin üzvünün komandasını “Liverpul”a dəyişdirmə ehtimalı yüksəkdir:
“Subimendi İspaniyanı tərk edərsə – ki menecerin səylərinə baxmayaraq, bunun ehtimalı daha yüksəkdir – razılaşma nisbətən tez hazırlana bilər. Bu həftəsonu “Enfild”də “Sevilya” və “Las-Palmas”a qarşı yoldaşlıq oyunlarında azı bir ispaniyalı olacaq”.
Xatırladaq ki, avqustun 11-də “Liverpul” doğma meydanı olan “Enfild”də birinci “Sevilya”, daha sonra “Las-Palmas”la yoldaşlıq oyununa çıxacaq. Birincisi canlı yayımlanacaqsa, digəri qapalı keçiriləcək.
Follow @7timesaz