Dünya

Kobe Brayantın həyat yoldaşı 29 milyon dollar təzminat alacaq

Kobe Brayantın həyat yoldaşı 29 milyon dollar təzminat alacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Faciəvi şəkildə ölən amerikalı məşhur basketbolçu Kobe Brayantın həyat yoldaşı uzun müddətdir davam edən məhkəmədə nəhayət qalib gəlib.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın Los-Anceles Administrasiyası mərhum basketbolçunun həyat yoldaşına 29 milyon dollar təzminat ödəməyə razılaşıb.

Nə baş vermişdi?

2020-ci ilin yanvarında Los-Anceles yaxınlığında baş verən qəzada helikopter qəzasında Kobe Brayant və qızı Gianna da daxil olmaqla 7 nəfər həlak olub. Qəzadan sonra hadisə yerinə gələn xilasetmə və təhlükəsizlik qrupları dağıntıların və cəsədlərin şəkillərini çəkib yayımlayıblar. Bundan sonra məşhur basketbolçunun həyat yoldaşı Vanessa Brayant səlahiyyətlilərə qarşı mənəvi zərər iddiası qaldırıb.

Vanessa Brayantın vəkili Luis Li mətbuata verdiyi açıqlamada bunları deyib:

“Bu gün Vanessa Brayantın bu mənasız hərəkəti törədənləri məsuliyyətə cəlb etmək üçün cəsarətli mübarizəsi uğurla sona çatdı. O, əri, qızı və buna bənzər hörmətsizliklə üzləşən hər kəs üçün mübarizə aparırdı”.

Qeyd edək ki, ötən ilin avqustunda Los-Anceles məhkəməsinin münsiflər heyətinin Brayanta verdiyi 15 milyon dollarlıq təzminatın bu gün açıqlanan miqdara daxil olduğu açıqlanıb.