Köçəryan Paşinyanı HƏDƏLƏDİ: Quldur başçısıdır, hakimiyyətdən QOVACAYIQ

Köçəryan Paşinyanı HƏDƏLƏDİ: Quldur başçısıdır, hakimiyyətdən QOVACAYIQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkənin başına gələnlər iqtidarın, siyasi qruplaşmanın mərhəməti ilə baş verdi. Onlar hakimiyyətə gələrək kəskin iqtisadi artım vəd edirdilər. Amma əksinə oldu”.

7times xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan İrəvanda keçirilən mitinqdə deyib.

O hazırki hakimiyyəti günahlandıraraq bildirib ki, korrupsiyaya, quldurluğa qarşı mübarizə aparacaqlarına söz vermişdilər, amma özləri quldur başçılarıdırlar.

“Bu gün onlar sizin cibinizə giriblər və inflyasiyadan, koronavirusdan, ölümdən, xəstəliklərdən varlanırlar. Harada bacarırlarsa, zibilləyirlər. Biz bunu qəbul edə bilmərik. Bu, reallıqdır və biz bütün bunlara qarşı mübarizə aparmaq üçün bu yola çıxmışıq” – deyə keçmiş prezident bildirib.

Müxalifətin əməllərindən danışan Köçəryan deyib ki, onların vəzifəsi xalqı inandırmaqdır.

“Hamımız birləşməliyik, hər birimiz bacardıqca bu müqavimət hərəkatına güc verməliyik. Hər şey sizdən, burada duran hər bir Ermənistan vətəndaşından asılıdır. Biz mübarizə aparacağıq və əmin olacağıq ki, onları ya barrikadalarla, ya da seçkilərlə qovacağıq. Bu barrikadalarda mən sizin yanınızda onların qarşında olacağam. Sağlam olun, hər şey yaxşı olacaq!” – deyə Robert Köçəryan yekunlaşdırıb.//Metbuat.az