Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xudat kəndində səyyar qəbul keçirib. Qəbulda yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri eləcədə Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Aşağı Ləgər, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, yolların təmiri və torpaq sahələrinin sənədləşdirilməsi və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.














Nuranə
7Times.az
Follow @7timesaz