Aktual

Koronavirusun yeni dalğası gəlir – “COVİD-22” daha ölümcül olacaq?

Koronavirusun yeni dalğası gəlir – “COVİD-22” daha ölümcül olacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər BA.4 və BA.5 ştamına yoluxmada artım müşahidə edilir. Bir sıra şəxslər bunu pandemiyanın yeddinci dalğası kimi dəyərləndirir.

Hətta Madridin regional səhiyyə naziri Antonio Sapatero “Omikron”un bu versiyalarını “COVİD-22” adlandırır. Qeyd olunur ki, yeni vaksinlər yaradılmalı, insanlar dördüncü, beşinci dəfə peyvənd olunmalı, qadağalar tətbiq edilməlidir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor  Musa Qəniyev deyib ki, pandemik alovlanmaya səbəb olan hər bir virus infeksiyasının gedişi, “mütləq təhlükəlilik həddi” sayılan iki əsas parametrlə dəyərləndirilir – yoluxduruculuq (Ro indeksi) və letallıq (ölüm törətmə) əmsalı:

 

“Bu cür virusların başa çatmasının əsas şərti, onun dövrü mutasiya edərək, letallıq əmsalı sıfırlanan mutantının əmələ gəlməsidir. Bu halda S-spayka zülalında baş verən mutasiya səbəbindən, yoluxma baş verənə qədər, formalaşan immunitetin yeni mutantı tanımaması tamamilə qanunauyğun haldır. Spayka zülalında mutasiya ona görə baş verir ki, virus immun sistemdən yayınaraq, hüceyrəyə daxil olsun və simbioz birgə yaşamaya təminat verəcək şəkilə düşənə qədər, RNT-nin letallıq mutasiyasına məruz qalsın. Bu, təbiətin hakim “birgə yaşam” qanunudur. Bütün pandemiyalar zamanı olub. Məsələn, herpes virusu, artıq demək olar ki, hamıda var və bizimlə simbioz yaşayır. Yaxud  zamanında öldürücü, hazırda isə, unudulmaqda olan  Ebola virusu və.s”.

 

Müsahibimiz deyib ki, BA.4 və BA.5 ştamına yoluxma, hazırda ÜST-ün də etiraf etdiyi kimi adi soyuqlama kimi keçməlidir:

 

“Bu ştamların hətta hansısa ciddi narahatlığa səbəb olacağını düşünmək belə mənasızdır.  “Omikron” ştamı mutantlarının dövri izlənməsi də bu qanunauyğunluğu təsdiq edir. Odur ki, bu mutantlar pandemiyanın alovlanması yox, sönməsinin təsdiqidir”.