Ölkə

“Körpələr evində uşaqlar acından ağlayır” – FOTO

“Körpələr evində uşaqlar acından ağlayır” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şabran şəhər 1 saylı körpələr evində uşaqları ac saxlayırlar”.

“Unikal” xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib.

Bildirib ki, uşaqlara verilən günorta və axşam yeməyi peçenya və bir dilim çörəkdən ibarətdir:

“Bu hansısa əsir düşərgəsində uşaqlara verilən qida deyil, bu Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməyidir. Vicdanınız olsun, bəsdir dövlət büdcəsindən oğurladınız. Uşaqlar acından ağlayır. Nə qədər uşaqların yeməyini oğurlamaq olar? Bu yeməyi öz övladlarınıza rəva görərsiniz?” deyə qeyd edib.

  • "Körpələr evində uşaqlar acından ağlayır” - FOTO
  • "Körpələr evində uşaqlar acından ağlayır” - FOTO