Dünya

Kreml Zelenskinin Rusiya ilə müharibə anonsuna münasibət bildirdi – YENİLƏNİB

Kreml Zelenskinin Rusiya ilə müharibə anonsuna münasibət bildirdi – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə genişmiqyaslı müharibənin mümkünlüyü ilə bağlı açıqlamalarına təəssüflənir”.

7Times.az  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib.

Jurnalistlərin Kremldə müharibə təhlükəsi görüb -görmədiklərinə dair sualını cavablandıran Peskov “heç bir apokaliptik gözləntilərə qapılmaq istəməzdik”, – deyə bildirib.

*** 12:49

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibə ehtimalını istisna etməyib.

7Times.az  xəbər verir ki, Zelenski “YES Brainstorming” forumu çərçivəsində bu məsələyə toxunub.

Qeyd edilib ki, jurnalistin Rusiya ilə müharibənin olması ehtimalı barədə sualına cavab verən Zelenski müsbət cavab verib:

“Hesab edirəm ki, ola bilər. Lakin bu, hadisələrin inkişafının yanlış variantı olardı. Bundan sonra Rusiya, Ukrayna, Belarus qonşuluğu mövcud olmayacaq”.