Dünya

KTMT Bakı ilə İrəvan arasındakı ziddiyyətləri diplomatik yollarla həll etməyə çağırıb

KTMT Bakı ilə İrəvan arasındakı ziddiyyətləri diplomatik yollarla həll etməyə çağırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin diplomatik vasitələrlə həllinin lehinə çıxış edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin saytında təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunlarına dair dərc olunmuş məlumatda deyilir.

“Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub”, – KTMT-dən bildiriblər.