Ankara, Moskva və Tehran İrəvan və Bakıya sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər.
7Times.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əlbəttə, Ermənistanla Azərbaycan arasında münasibətlərdə problemlər qalmaqdadır. Bu gün də bu haqda çox danışdıq. Biz türklər və iranlılar İrəvan və Bakıya sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif etmişik”, – Lavrov bildirib.
Lavrov eyni zamanda əlavə edib ki, biz Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli işi çərçivəsində-həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri, baş nazirin müavinləri səviyyəsində, həm kommunikasiyaların bloklanması, həm də qarşılıqlı əlaqənin açılması üçün hazırlıqları, sərhədlərin delimitasiyasına hazırlıq və bir sıra digər mövzularda görülən işləri xatırladıq.