Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubunun futbolçularına azarkeşlər tərəfindən şəhər adlarından ibarət ləqəblər qoyulub.
Fanat.Az “Legiya.net” saytına istinadən xəbər verir ki, “Spartak”la səfər matçında vurulan yeganə qolun müəllifi Lirim Kastrati – Moskva ləqəbi alıb.
Sonra bu hal tendensiyaya çevrilib və digər oyunçulara da adlar verilib. “Slaviya”ya üç qol vuran Mahir Emreli “Praqa”, “Dinamo”ya qol vuran Ernest Muzi “Zaqreb”, “Flora” klubuna iki qol vuran Rafael Lopez “Tallin” ləqəbi alıb.
Bu gün keçiriləcək UEFA Avropa Liqasında “Lester Siti” klubuna qarşı oyundan sonra hansı futbolçunun “Lester” adlandırılacağı maraqla gözlənilir.
Xarırladaq ki, “Legiya” – “Lester Siti” oyunu bu gün Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.
Follow @7timesaz