İdman

“Legiya” “Qarabağ”ın daha bir furbolçusunu transfer etmək istəyir

“Legiya” “Qarabağ”ın daha bir furbolçusunu transfer etmək istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır.

7times.az xəbər verir ki, Varşava təmsilçisi kabo-verdeli oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

İddiaya görə, Ağdam klubu da bu keçidin gerçəkləşməsində maraqlıdır. “Köhlən atlar”ın 28 yaşlı futbolçu üçün “Legiya”dan rəsmi təklif gözlədiyi bildirilib.

Qeyd edək ki, Patrik Andrade 2020-ci ilin yayından “Qarabağ”ın formasını geyinir. O, cari mövsümdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb./Report