Bu gündən etibarən Lənkəranın mərkəzi bazarı bağlanıb.
7times.az Musavat.com-a istinadən xəbər verir ki, buna koronavirus epidemiyasına yoluxmaların artması səbəb olub.
Yerli sakinlər arasında yoluxmanın qarşısını almaq üçün bazar qapadılıb və noyabrın 23-dək bağlı olacağı bildirilib.
Qeyd edək ki, infeksiyaya yoluxmanın sayında artım olduğu üçün Lənkərana giriş-çıxış bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Follow @7timesaz