Ölkə

Liftdəki ölümə görə rəis çıxarıldı

Liftdəki ölümə görə rəis çıxarıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı şəhər Binəqədi rayonu ərazisində 45 yaşlı qadının liftin qapısı arasında qalaraq vəfat etməsi ilə bağlı vəzifəli şəxs işdən çıxarılıb.
Bu barədə 7Times.az-a BŞİH-in “Lifttəmir” İstehsalat Birliyindən bildirilib.
Qeyd edilib ki, 26 mart 2024-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb:
“Hadisə komissiya tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar.
Hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir”.