“Liverpul” cari mövsümün sonunda komandadan ayrılacaq olan Trent Aleksandr-Arnoldun yerini Ceremi Frimponqla dolduracaq.
7Times.az xəbər verir ki, Mersisayd klubu niderlandlı cinah müdafiəçisi ilə danışıqlarda irəliləyiş əldə edib. O da bu keçidə müsbət yanaşır.
Bu barədə xarici mətbuat məlumat yayıb.
Frimponqun “Bayer”lə müqaviləsində 35 milyon avroluq sərbəstqalma məbləği var. “Liverpul” onlarla yaxın zamanda əlaqəyə keçəcək.
24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 48 oyunda 5 qol vurub və 12 məhsuldar ötürmə edib.
Offsideplus.az
Follow @7timesaz