PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri karyerasını “Liverpul”da davam etdirməyə yaxındır.
7Times.az xəbər verir ki, informasiyanı “Anfield Watch” yayıb.
Xəbərə görə, “qırmızılar” artıq 18 yaşlı yarımmüdafiəçinin agenti ilə əlaqə saxlayıblar. İngiltərə nəhənginin fransalı oyunçu üçün 65 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, Zair Emeri PSJ-nin yetirməsidir. O, cari mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Follow @7timesaz