Aktual

“Londona raketlər atacağıq, Avropa elektriksiz və qazsız qalacaq…” – Rusiyalı general

“Londona raketlər atacağıq, Avropa elektriksiz və qazsız qalacaq…” – Rusiyalı generalbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kalininqrad bölgəsi yeni böhrana səbəb olub.

Sfera.az bildirir ki, Litvanın Avropa İttifaqının (Aİ) sanksiya siyahısında yer alan bəzi malların öz ərazisi üzərindən Kalininqrada tranzitini əngəlləmək qərarı Rusiya və Qərbi növbəti dəfə üz-üzə qoyub. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sözügedən qərarı “düşmənçilik” adlandırıb:

 

“Litvanın qərarına tezliklə cavab veriləcək. Bu isə Litva xalqı üçün ciddi və hiss ediləcək formada olacaq”.

 

Vəziyyətin son dərəcə ciddi olduğunu vurğulayan Kremlin sözçüsü Dmitriy Peskov “qərar verilməzdən əvvəl dərin təhlil tələb edir. Bu təhlilin aparılması bir neçə gün çəkəcək”, deyə bildirib.

Dövlət televiziyasındakı verilişə qonaq olan Rusiya parlamentinin Müdafiə Komitəsinin üzvü, ehtiyatda olan general Andrey Qurulyovun çıxışı isə daha çox diqqət çəkib. O, Kalininqrad üzərindən NATO ölkələrini qorxudub. O, mümkün müharibə vəziyyətində Rusiyanın nə Varşava, nə də Berlini hədəfə almayacağını, Londona raketlər atacağını söyləyib.

 

“The Kyiv Independent” saytının xəbərinə görə, Putinin yaxın adamlarından biri kimi qeyd olunan Qurulyov fikirlərini bu cür davam etdirib: “Kritik ərazilərin məhv edilməsi əməliyyatı çərçivəsində Qərbi Avropanın elektrik enerjisi təchizatı kəsiləcək, bütün sahələri məhv ediləcək. Bundan sonra soyuqda, yeməksiz və işıqsız mübarizəni davam etdirməklə bağlı ABŞ-ın Qərbi Avropaya nə deyəcəyi maraqlıdır. Bu kobud plandır və bəzi məqamların qəsdən üzərindən keçirəm, çünki onlar televiziyada müzakirə olunmamalıdır”.