“Atletiko Madrid”dən azad agent qismində ayrılan Luis Suaresin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Radio Mitre” yayıb.
Mənbə 35 yaşlı uruqvaylı hücumçunun Argentinanın “River Pleyt” klubu ilə razılığa gəldiyini açıqlayıb. Mənbə Suaresin həftəsonu rəsmi müqaviləyə qol çəkmək üçün Buenos-Ayresə yollanacağını, ardından paytaxt klubunun təcrübəli ulduzu ictimaiyyətə təqdim edəcəyini bildirib.
Follow @7timesaz