Millimizin üzvü Mahir Emreleinin Polşanın “Legiya” klubuna keçidi rəsmiləşib.
7times.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, 24 yaşlı hücumçu ilə 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalıb. O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Bakı”nın yetirməsi olan M.Emrelinin son klubu “Qarabağ” olub. O, 2015-ci ildən Ağdam təmsilçisində çıxış edirdi.
Follow @7timesaz