İdman

Maradonanı müalicə etmiş həkimlər məhkəməyə çıxarılacaqlar

Maradonanı müalicə etmiş həkimlər məhkəməyə çıxarılacaqlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı səkkiz nəfər həkim məhkəmə qarşısına çıxarılacaq.

Öz növbəsində Argentinanın San-İsidro şəhər məhkəməsi tibb işçilərinə qarşı iddianın başlandığını təsdiqləyib.

Qeyd olunur ki, məhkəməyə sədrlik edən hakim həkimlərin hər birini ölümə səbəb olan qeyri-peşəkar davranışa görə sorğu-sual edib.

Qeyd edək ki, D.A.Maradona 2020-ci il noyabrın 26-sı 60 yaşında ürəktutmasından vəfat edib.