İdman

Maradonanın ölüm səbəbi məlum oldu

Maradonanın ölüm səbəbi məlum oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Argentina millisinin sabiq futbolçusu və məşqçisi Dieqo Maradonanın ölüm səbəbi məlum olub.

7times.az bildirir ki, bu barədə “Infobae” portalı xəbər verib.

“Pasiyentdə kəskin ağciyər ödəminə gətirib çıxaran dilatasyon kardiyomiyopatiyalı kəskin ürək çatışmazlığı olub”, – portal məhkəmə-tibb ekspertlərinin sözlərini sitat gətirir.

Qeyd edək ki, Maradona çərşənbə günü 60 yaşında dünyasını dəyişib. Argentina hökuməti onun ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.

Noyabrın 3-də subdural hematoma səbəbindən əməliyyat keçirən Maradona noyabrın 11-də xəstəxanadan evə buraxılmışdı.qafqazinfo