“Ayntraxt”ın futbolçusu Mario Götze Dortmund “Borussiya”sından “Bayern”ə keçidi ilə bağlı yaranan problemləri yada salıb.
7Times.az xəbər verir ki, bu barədə “The Players Tribune” məlumat yayıb. Hücumameyilli yarımmüdafiəçisi bunları söyləyib:
“18 yaşım olanda doğma klubum Dortmund “Borussiya”sı ilə Bundesliqanı qazanmışdım və hamı məni sevirdi. İki ildən sonra daha da böyük klub olan “Bayern”ə keçdim. Onda hamı mənə nifrət edirdi. Məni satqın adlandırdılar”.
Qeyd edək ki, Mario Götze 2022-ci ilin iyul ayından “Ayntraxt”ın şərəfini qoruyur.
Follow @7timesaz