Aktual

Mariupol ələ keçirildi, qorxunc faktlar üzə çıxdı: Cəsədləri zibil maşınları ilə… – ŞOK FOTO

Mariupol ələ keçirildi, qorxunc faktlar üzə çıxdı: Cəsədləri zibil maşınları ilə… – ŞOK FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

58 gündür fasiləsiz bombalanan yerlərdən biri olan Mariupol dünən Rusiyanın nəzarətinə keçib. Bu gün isə şəhərdən dəhşətli görüntülər üzə çıxıb.

“Ölkə.Az” Teleqraf.com-a istinadən xəbər verir ki, günlərdir Rusiyanın mühasirəsində olan Ukraynanın Mariupol şəhərində qazılan kütləvi məzarlıqlar ABŞ-ın peyk şirkəti MAXAR tərəfindən müxtəlif tarixlərdə çəkilmiş fotoşəkilləri ilə aşkar edilib.

MAXAR-ın 19 mart – 3 aprel tarixləri arasında Mariupoldan təxminən 20 kilometr qərbdə yerləşən Manxuş kəndində çəkdiyi peyk fotoşəkilləri müqayisə edilərkən, orada tapılan kütləvi məzarlıqların 23-26 mart tarixləri arasında genişlənməyə başladığı üzə çıxıb.

Kənddəki mövcud qəbiristanlığın yaxınlığında kütləvi məzarlıqların qazıldığı görülüb.

“Qəbirlər dörd cərgədə düzülüb və 200-dən çox yeni qəbirdən ibarətdir”, – MAXAR-ın açıqlamasında bildirilib.

Mariupol Şəhər Şurasından verilən açıqlamada da bu məsələyə diqqət çəklilib:

“İşğalçılar təxminən 30 metr uzunluğunda xəndəklər qazırlar və cəsədləri ora gətirmək üçün zibil maşınlarından istifadə edirlər. Təxminən 80 il əvvəl nasistlər Aqrobaza kəndində 12 min Mariupol sakinini güllələyərək öldürmüşdülər. Manxuş yaxınlığında. 13 kilometrə qədər. Tarix təkrarlanır. Alman faşistlərini ruslar əvəzləyib”.