Mart ayının qeyri-iş günləri açıqlanıb.
7Times.az xəbər verir ki, bu ilin mart ayındakı bayramlarla əlaqədar 14 gün qeyri-iş günü olacaq. Martın 8-i Beynəlxalq qadınlar günü qeyri-iş günü hesab ediləcək və həmin ayın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır. 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.
Beləliklə, gələn ay həftəsonları da daxil olmaqla 14 gün iş olmayacaq.