Masallıda IX sinif şagirdi olan qız məktəbin 3-cü mərtəbəsindən yıxılıb.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib.
Bildirilib ki, yanvarın 16-da saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi M.F.qızı məktəbin 3-cü mərtəbəsindən yıxılaraq xəsarət alıb.
“Hazırda xəstənin vəziyyəti stabildir və şagirdimizə Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev və Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov baş çəkiblər.
Allah şəfa versin!” , – deyə məlumatda qeyd edilib.
Follow @7timesaz