Dünya

Mask: O seçilərsə, ABŞ-da real seçkilərə son qoyulacaq

Mask: O seçilərsə, ABŞ-da real seçkilərə son qoyulacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratlar Partiyasının namizədi Kamala Harrisin ABŞ seçkilərində qələbəsi ölkədə “real seçkilərə” son qoyacaq.

7Times.az  xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində yazıb.
Maskın yazdığına görə,  Demokrat Partiyasının ABŞ-da 15 milyon qeyri-qanuni immiqrantı leqallaşdırmaq və ölkəyə daha 10 milyonu cəlb etmək istədiyini yazıb: “Bu, 1986-ci ildə amnistiya (söhbət 1986-cı ildə ABŞ-da qəbul edilmiş İmmiqrasiya İslahatları və Nəzarət Aktı, bu sənəd həmçinin İmmiqrasiya üzrə Amnistiya kimi də tanınır-red) nəticəsində Kaliforniyada baş verdiyi kimi, dərhal digər ştatlarında da baş verəcək. Bu da Amerikanı daimi bir partiyalı dövlətə çevirəcək. Tramp uduzsa, bu, sonuncu real seçkidir”, – Mask yazıb.

Ölkə.Az