İdman

Mbappe dünya çempionatlarının tarixinə düşüb

Mbappe dünya çempionatlarının tarixinə düşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millisinin futbolçusu Kilian Mbappe dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Index.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna Qətərdə keçirilmiş mundialda nail olub.

Argentina seçməsinə qarşı final matçında het-trik edən forvard həlledici görüşlərdə ən çox fərqlənən oyunçu adına sahib çıxıb.

2018-ci ildəki turnirin həlledici qarşılaşmasında bir qola imza atan Mbappe ümumilikdə finallarda 4 qola imza atıb. Hücumçu həmyerlisi Zinəddin Zidan, ingiltərəli Ceff Hörst, braziliyalı Pele və Vavanı geridə qoyub.

Futbolçu Ölkəsi Qollar Mundial
Kilian Mbappe Fransa 4 2018(1), 2022(3)
Vavá Braziliya 3 1958(2), 1962(1)
Ceff Hörst İngiltərə 3 1966(3)
Pele Braziliya 3 1958(2), 1970(1)
Zinəddin Zidan Fransa 3 1998(2), 2006(1)