Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe ən böyük xəyalını açıqlayıb.
7Times.az “Marca”ya istinadən xəbər verir ki, bu barədə o, Paris təmsilçisindəki komanda yoldaşı Neymarla bir-birindən müsahibə alan zaman bildirib:
“Ən böyük xəyalım PSJ ilə Çempionlar Liqasını qazanmaqdır. Bu, fantastik olardı. Ancaq dünya çempionatının da qalibi adına yiyələnmək yaxşı olardı”.
Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi gələn ilin yayı başa çatır.
Qol.az
Follow @7timesaz