İdman

Mbappe zədələndi – Fransalı ulduz hansı müddətə sıradan çıxıb?

Mbappe zədələndi – Fransalı ulduz hansı müddətə sıradan çıxıb?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Atalanta”ya qarşı səfər oyununda zədələnib.

Fanat.Az “TyC Sports”a istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçəcək fransalı ulduzun ili vaxtından əvvəl başa vurmaq ehtimalı var.

Xəbərə görə, Kilian zədəsi yüngül olacağı halda belə, dekabrın 14-də “Rayo Valyekano” ilə çempionat matçını buraxacaq.

Xatırladaq ki, “Real” Berqamoda “Atalanta”nı 3:2 hesabı ilə üstələyib.