Aktual

Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı nazir harada olub?

Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı nazir harada olub?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də əməliyyat keçirdiyi zaman nazir Anar Kərimov iş yerində olmayıb.
7Times.az  xəbər verir ki, bu barədə unikal.az məlumat yayıb.
Bildirilib ki, A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.
Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova oxu.az-a bildirib ki, ötən gün nazir rəsmi ezam səfərində olub:
“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”.
Məlumata görə, noyabrın 1-də A.Kərimov Kəlbəcər rayonunda səfərdə olub.