“Mən oxumasam, özüm və ailəm acından ölərik. İşığımız, qazımız, suyumuz gəlməz. Axşamlar şou-proqramlara gedirəm və oxuya-oxuya içim “qan” ağlayır. İçimdə deyirəm ki, mənim burada nə işim var? Çünki mənim yerim bura deyil”.
7Times.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan ”Həftənin qonağı” verilişində deyib:
“Gözəl xalqımız məni sevir. Şou-proqramlarda çıxış etməyi də çox gözəl bacarıram. Amma mən “itirirəm. Sırf qazanc üçün oxuyuram. Mənim səsim Ledi Qaqadan qat-qat yüksəkdir. Onda sadəcə imicdir. Həm də bəstəkarlığı yoxdur. Səsimə konsertimdə qulaq asın, görün hara çatır. Bəzi səs rejissorları cinayətkarlardır. 2-3 ton aşağı oxuyanları elə duzəldirlər ki”.
Follow @7timesaz