Manşet

“Mənim verilişim yeganə sosial verilişlərdəndir ki, iki dəfə..” – Tarix Əliyev

backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar sosial şəbəkələrdə azyaşlı uşaqların narkotik vasitər, spirtli içkilər qəbul edərkən, siqaret çəkərkən bir çox görüntüləri yayılır. Bu görüntülər bəzən uşaqların yaxınları tərəfindən sosial mediaya yerləşdirilərkən bəzi hallarda da həmin uşaqların köməksiz vəziyyətdə olduğunu görən şəxslər tərəfindən çəkilir.

7Times.az-a danışan tanınmış prodüser və aparıcı Tarix Əliyev bildirib ki, gənclər arasında narkotik vasitə aludəçiliyinin geniş yayılması ölkəmizə qarşı düşmən ölkələrin təbliğatıdır:
“Mənim verilişim yeganə sosial verilişlərdəndir ki, iki dəfə Baş Narkotiklə Mübarizə İdarəsinin rəsmisi Nəcəf bəy Aydınoğlu efirimizdə qonaq olub, narkotiklə bağlı 3 saatlıq verilişimizi həsr etmişik. Hətta verilişimiz gedə-gedə bir ana zəng vurub etiraf da edib ki, mənim oğlumu öz imkanlı dostları patıya düçar ediblər. Bu gün biz sosial mediada görürük ki,hansısa məktəbin qarşısında bir qadın ya bir kişi dayanıb məktəblilərə ehsan adı ilə konfet paylayır. Araşdırılır ki, bu konfetlərin tərkibində narkotik vasitələr var. Bu bir təbliğatdır. Bu bizə haradan gələ bilər? Birincisi bizi sevməyən qonşularımız, İran İslam Respublikası ilə sərhəddə dəfələrlə sərhəd qoşunlarımız tərəfindən iran vətəndaşları tutulub ki, onlar külli miqdarda narkotik vasitə, kokain keçirmək istəyiblər ölkəmizə. Bunlar fars rejiminin satqın adamlarıdır ki, Azərbaycan gəncliyini 44 günlük müharibədən sonra məhv etmək istəyirlər. Onları ruhdan, gücdən salmaq istəyirlər. Şükürlər olsun ki, bunun qarşısı alınır.”
O qeyd edib ki, azyaşlıların aludəçi olmasında ən böyük rolu valideynlər oynayır:
“Bu yaxınlarda Daxili İşlər Nazirliyi və Baş Narkotiklə Mübarizə İdarəsi tender elan etdi. “Narkotiklə Mübarizə” mövzusunda ən yaxşı videoçarx çəkənə pul mükafatı veriləcək. Fikir verin, bir tanınmış sima, bir müğənni, bir aktyor gedib demir ki, gəlin bir televiziyalara deyək, bu kadrları götürüb bir süjet çəkək, bunun təbliğatını aparaq, bunun haqqında yayım açaq. Eləmirlər. Uşaqlarımız arasında bu gün kriminal aləminin reklamı gedir, qollarına 7 guşə çəkirlər. Elə bilirlər bu yaxşı şeydi. Bunun axırı nə olur? Valideyn də heç bir məsuliyyət görmür özündə. Sovet vaxtında Mərdəkanda Uşaq Kolonu deyilən bir yer vardı. Çətin tərbiyə olunan uşaqları ora aparırdılar. Uşaqlar orada aylarla, bəzən isə illərlə qalırdılar. İndi Azərbaycanda belə müəssisə yoxdur. Bu yaxınlarda biri çıxdı polisimiz haqqında təhqiramız söz dedi. Polis ona heç nə eləmədi. O çıxdı yenidən söydü. Çünki gördülər ki, azyaşlıdır, buna qarşı qanunvericilikdə heç bir cəza yoxdur. Ona görə də, onun ayağı yer aldı, təzədən çıxıb söydü. Çıxıb narkotiki təbliğ elədi ki, “mən beləyəm, çəkirəm siqaret” və s. Məncə belə mövzularda qanunda bir dəyişiklik olunmalıdı və o uşaqların valideynləri məsuliyyətə cəlb olunmalıdır. Uşaq azyaşlıdır? Atası tutulmalıdır. Atası yoxdursa anasına verilməlidir 15 sutka. Çünki bunun qarşısını kim ala bilər? Evdə oturub tiktoka girir uşaq. Polis gedib hər evdə otura bilməz axı. Problem evdən başlayır. Uşaq evdə gördüklərini edir. Sosial mediada görürük 7-8 yaşında uşaqlar araq içirlər. Bunu videoya çəkən bilir ki, eləmək olmaz. Deyirlər, “oğlum kişidi, qoy araq içsin”, “böyüyəndə nə olacaqsan?”, uşaq da deyir “piyaniska”. Uşaq nə bilir “piyaniska nədir?”. Evdə valideyn atasına deyib ki, “bəsdir piyaniskalıq elədin”, uşaq da elə bilib ki, bu yaxşı şeydir.”

7Times.az