Maqazin

Məşhur cütlük evlənir

Məşhur cütlük evlənirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddətdir sevgili olan Türkiyənin iki məşhur aktyoru Aslıhan Gürbüz və İsmail Hacıoğlu evlənmək qərarına gəlib.

7Times.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, daha əvvəl evli olmayan Gürbüz yaxın ətrafına “Ailə qurmaq istəyirəm” deyib. 40 yaşlı aktrisa uşaq sahibi olmaq arzusundadır.

Gürbüzdən fərqli olaraq bu, Hacıoğlunun üçüncü evliliyi olacaq. Belə ki, aktyor daha əvvəl Duygu Kaya Kumarki və aktrisa Vildan Ataseverlə evli olub. Onun Kumarki ilə evliliyindən bir övladı da var.

İddialara görə, cütlük yayın sonuna qədər nikah masasına əyləşəcək.