Kolumbiya millisinin keçmiş oyunçusu Fredi Quarin spirtli içki asılılığına tutulmasından danışıb.
Fanat.Az xəbər verir ki, veteran yarımmüdafiəçi yaşadıqları barədə etiraflarını “Il Messaggero”-ya bildirib:
“Mən 100 faiz alkoqol aludəçisiyəm və bunu etiraf edirəm. Asılılığım var, amma sağalma yolundayam.
Bir anda diqqətimi yayındırdım və içməyə başladım. Çox səhv etdim və səhv qərarlar verdim. Ailəm və dostlarım da daxil olmaqla, bir çox insanı incitdim. Övladlarımdan gözündən düşdüm, ləyaqətimi, hörmətimi itirdim. Artıq belə davam edə bilmədim və peşəkar kömək istəməli oldum.
Cəhənnəmin qapılarını döydüm. İndi hansı yolun doğru, hansı yolun yanlış olduğunu bilirəm. Mənim iki qorxum var: ölüm və həbsxanaya düşmək. Amma özüm də bilmədən ölüm vəziyyətində yaşayırdım. Sərxoş olanda risk aldığımın fərqində deyildim. Çoxlu dostlarımı itirdim, amma mənə yaxın duranlar da oldu. Falkao, Xames Rodriges, Ospina və digər komanda yoldaşlarım çətin anlarımda yanımda oldular”.
“İnter”, “Portu” kimi Avropa nəhənglərinin şərəfini qoruyan 37 yaşlı Quarin 2021-ci ildə karyerasını bitirib. Onun son klubu Kolumbiya “Millonarios”u olub.
Follow @7timesaz