Məşhur hakim Byörn Kuypers gələn ay karyerasını başa vuracaq.
7Times.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Niderland Futbol Federasiyasının referisinin özü məlumat verib. O, Niderland Superkubokunda avqustun 7-i idarə edəcəyi “Ayaks” – PSV matçından sonra kayerasını başa vuracağını bildirib: “Bu, əla idi. Deyirlər ki, zirvədə dayanmaq lazımdır. Mənim vəziyyətimdə, bundan daha yaxşı bir an olmayacağını düşünürəm”.
Qeyd edək ki, 48 yaşlı referi Avro-2020-nin finalında keçirilən İtaliya – İngiltərə oyununun (1:1, penaltilər seriyası – 3:2) baş hakimi olub.
Xatırladaq ki, bundan əvvəl Feliks Brix ilin sonunda beynəlxaq karyerasını başa vuracağını açıqlamışdı.
Follow @7timesaz