Əfsanəvi argentinalı futbolçu Lionel Messi futbol meydançasında onu ən çox əsəbləşdirən futbolçunun adını çəkib.
Fanat.Az xəbər verir ki, “Give me Sport” “Qızıl top”un səkkizqat qalibinin fikirlərini belə təqdim edib:
“Bu, Serxio Ramosdur. Onunla çoxlu toqquşmalarımız oldu, neçə dəfə mübahisə etdim… Ramos məni ən çox qəzəbləndirən, nifrət etdiyim oyunçudur. Bəli, biz komanda yoldaşı idik, amma əvvəllər “El Klasiko”da həmişə üz-üzə gəlirdik. Gərgin matçlar idi”.
Xatırladaq ki, Messi ilə Ramos Fransanın PSJ klubunda iki mövsüm birlikdə çıxış ediblər.
Follow @7timesaz