İdman

Messi oynadı, MLS tarixində ilk yaşandı

Messi oynadı, MLS tarixində ilk yaşandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MLS-in adi mövsümündə “New England Revolution” və “İnter Mayami” arasında qarşılaşma baş tutub.

7Times.az  xəbər verir ki, görüş Mayami təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın əsas qəhrəmanlarından biri də qalib komandanın kapitanı Lionel Messi olub. Argentinalı 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Gillette” stadionunda tamaşaçıların sayı 65 612 olub. Bu rəqəm liqa tarixində rekord olub. Bundan əvvəl ən yüksək göstərici 2002-ci ilin oktyabrında “Los Anceles Qalaksi”nin matçında qeydə alınıb – 61 316.

Bu cür ajiotajın yaranmasına səbəb isə məhz Messinin heyətə salınması olub.

Offsideplus.az