Fransa Liqasının 6-cı turunda keçirilən PSJ – “Lion” matçında (2:1) daha bir məqam diqqət çəkib.
7Times.az xəbər verir ki, görüşün 76-cı dəqiqəsində əvəzlənməsindən narazı qalan meydan sahiblərinin hücumçusu Lionel Messi komanda yoldaşı və həmyerlisi Maura İkardinin qələbə qoluna reaksiya verməyib.
İkardinin 90+2-ci dəqiqədə vurduğu qolu ehtiyat oyunçular skamyasında əyləşən komanda yoldaşları sevinclə qeyd edib. Yalnız Messi sakit oturaraq qələbə qoluna biganə qalıb.
Xatırladaq ki, əvəzlənməsindən narazı qalan Messi meydanı tərk edərkən baş məşqçisi Mauriso Poçettinonun əlini sıxmayıb.