Hadisə

Metroda ölən şəxsin cibindən pul oğurlanıb? – DİN-dən açıqlama

Metroda ölən şəxsin cibindən pul oğurlanıb? – DİN-dən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Metroda ürəktutmasından vəfat edən Əhməd Babayevin cibindən pul oğurlanması ilə bağlı iddialar Metroplolitendə Polis Şöbəsində araşdırılıb”.

7times.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“İddia var idi ki, vəfat edən şəxsin üzərində qovluq və onun içərisində müvafiq sənədlər olub. Müəyyən olundu ki, həmin şəxs metroya daxil olan zaman üzərində nəinki qovluq, daşıdığı heç bir əşya olmayıb. Hərəkət üzrə bütün kameralara baxış keçirilib. Əgər həmin şəxsin qohumlarının aparılan araşdırmadan narahatlığı varsa, metro polisinə müraciət edə bilər”, – şöbə rəisi bildirib.