İdman

“Milan” ilə “Real” razılığa gəldilər – 5 milyonluq transfer

“Milan” ilə “Real” razılığa gəldilər – 5 milyonluq transferbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyalı müdafiəçi Alexandro Ximenes İtaliyanın “Milan” klubunun daimi oyunçusuna çevriləcək.

Fanat.Az “Sky Sports”-a istinadən xəbər verir ki, appeninlilər “Real Madrid”dən Ximenesi birdəfəlik almaq qərarına gəlib.

Mənbənin məlumatına görə, klublar 5 milyon avroluq tam transfer haqqını razılaşdırıblar. Bundan əlavə, “Real” bir müddət futbolçunu geri almaq hüququnu özündə saxlayacaq.

Xatırladaq ki, cari mövsüm başlamazdan əvvəl Alexandro Ximenes “Kastilya”dan (“Real”ın gənclər komandası) “Milan”a keçib. O, İtaliya Kubokunda 2, A Seriyası matçlarında isə cəmi 3 dəfə “Milan”ın formasını geyinib.